Bakının Suraxanı rayonunda qumbara aşkar olunub. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunublar. Əraziyə baxış zamanı sursatın döyüş tətbiqinə yararlı RQO əl qumbarası və partladıcısı olduğu müəyyən edilib.
Qumbara mütəxəssislər tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb. Baxış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.