Səbail rayonunda soyğunçuluq edən yeniyetmələr barəsində məhkəmə qərar verib. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Səbail rayon məhkəməsinin qərarına əsasən, E.Quliyev və T.Məmmədovun təqsirləri sübuta yetirilmədiyindən onlara bəraət verilib.

19 aprel 2022-ci ildə E.Quliyev və T.Məmmədov tanımadıqları 2 nəfərlə mübahisə ediblər. Daha sonra yeniyetmələrdən biri zərərçəkənin üzünə zərbə vurub. Bu zaman sonuncunun mobil telefonu cibindən düşərək qırılıb.

Faktla bağlı cinayət işi açılmışdı.