Bakının Xətai rayonunda narkotacirlər saxlanılıblar. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində İgid Həsənov, Cəlal Hüseynov, Ağakişi Musayev, Rauf Hüseynov, Sənan Məmmədov və Nicat Sadıqov saxlanılıblar.

Baxış zamanı onlardan 13 kiloqram heroin, marixuana, eləcə də 390 ədəd metadon həbi aşkar olunub. Həmçinin Rauf Hüseynovdan “Naqan”, Sənan Məmmədovdan isə “TT” markalı odlu silah – tapança tapılıb.

Verilən məlumata görə, onlar narkotikləri İran vətəndaşlarından onlayn yolla alıbar.

Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam edir.