Xətai rayonunda mağazadan oğurluq edilib. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş P.Xəlilov  rayon ərazisində yerləşən mağazadan 3180 AZN dəyərində ərzaq məhsulları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.