Xaricdə yaşayan azərbaycanlı alimlər oktyabrın 2-6-da Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edəcəklər. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Onların arasında Mərkəzi Florida Universiteti, Günəş Enerjisi Mərkəzi, Hidrogen Energetika üzrə qrup rəhbəri prof. dr. Nazim Muradov, İstanbul Ticarət Universitetinin professoru, mexanika və aerokosmik mühəndislik sahəsində tanınmış alim Abdulla Sofiyev, İstanbul Texniki Universitetinin Aeronavtika və kosmonavtika fakültəsinin professoru Çingiz Hacıyev, “Capella Space” şirkətinin meneceri, Florida Azərbaycan İcmasının rəhbəri Esmira Bayramova var.
Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ əldə edib.