Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə itkin düşmüş əsgər Vüqar Əsədovun cənazəsi paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsinə gətirilib. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Əsədovla vida mərasimi yaşadığı evdə baş tutub. Daha sonra cənazə Lökbatandakı Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində ailəsi, Qaradağ rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vüqar Əsədov 31 avqust 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində döyüşlər zamanı itkin düşüb. Şəhidin meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda tapılıb.