Bakıda 16 yaşlı qonşusunu öldürməkdə təqsirləndirilən Babək Quliyevin məhkəmə prosesi yekunlaşıb. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə aparılıb. Hökmə əsasən, o, 18 il azadlıqdan məhrum edilib.
Hadisə ötən ilin sentyabr ayında baş verib. 16 yaşlı Hüseynağa Şeydabəyovun valideynləri oğullarının itməsi ilə bağlı polisə müraciət ediblər. Aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub, cinayət işi açılıb. İstintaq zamanı qonşusu, 55 yaşlı Babək Quliyevin Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, sonra isə iplə boğaraq öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib. Quliyev şübhəli şəxs qismində tutularaq, barəsində həbs qətimkan tədbiri seçilib.