Bakı sakini Zaqatalada narkotikə görə saxlanılıb. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini C.Məmmədov tutulub.
Saxlanılan şəxsdən 2 kiloqram 680 qram marixuana aşkar olunaraq götürülüb. Fakt araşdırılır.