Azad Xəlil oğlu Mirzəcanzadə 29 sentyabr 1928-ci ildə Bakıda anadan olub. O, Azərbaycanın görkəmli alimlərindən biri olub.

Azad 1936-cı ildə 14 nömrəli məktəbin birinci sinfinə gedib, lakin təhsilini 18 nömrəli məktəbdə davam etdirməli olub. Buna səbəb isə məktəbin hərbi hospitala çevrilməsi idi.

[http://www.anl.az/down/meqale/525/2013/oktyabr/333190.htm

15 yaşında o, orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) qəbul olmaq istəyib, lakin yaşı az olduğuna görə onun sənədlərini qəbul etməyiblər. Azad həmin institutunun rektoru Saleh Qocayevə müraciət edib. Sənaye İnstitutunun neft-mədən ixtisasında oxuyanların sayı az olduğuna görə Saleh Qocayev Azadın həmin fakültəyə qəbul olunmasına razılıq verib. [Nəzir-Mahmud Qocayev. XX əsrin görkəmli ixtiraçı alimi Saleh Balay oğlu Qocayev. Bakı-2011] [Misir Mərdanov. Azad Mirzəcanzadə: “Mənim ən böyük arzum budur ki, Azərbaycan öz intellekti ilə dünya bazarına çıxsın!”.-Respublika qəzeti.-29 sentyabr 2022] 

1948-1958-ci illərdə alim Azərbaycan SSR Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında əvvəlcə baş laborant, sonra isə kiçik elmi işçi kimi çalışıb. Sonralar Mirzəcanzadə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olub. 1959-cu ildən o, ömrünün axırına kimi Azərbaycan Sənaye İnstitutunda kafedra müdiri olub. Akademik Azad Mirzəcanzadə 60 illik elmi fəaliyyəti ərzində 100-ə yaxın elmlər doktoru, 300-dən çox elmlər namizədi yetişdirib. [https://ikisahil.az/post/133032-boyuk-fenomen-akademik-azad-mirzecanzade

Mirzəcanzadə 1963-cü ildə Azərbaycan SSR EA-nın (indiki Azərbaycan Milli Elmlər Akademiyası) müxbir üzvü, 1967-ci ildə isə həqiqi üzvü seçilib. O, 2 dəfə “Qırmızı əmək bayrağı” ordeni və 2 dəfə Azərbaycan Dövlət Mükafatı ilə təltif olunub. Azad 3 dəfə  akade­mik İ.M.Qubkin adına mükafatın laureatı olub. [İradə Əliyeva. Elmin zirvəsi.-Azərbaycan qəzeti.-6 oktyabr 2018] [https://science.gov.az/ru/forms/skonchavshiesya-deystvitelnyie-chlenyi/3348

Azad Mirzəcanzadə 17 iyul 2006-cı ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn edilib. [https://bakucity.preslib.az/ru/page/pJBmK7vGXo]