Bakı şəhərinin Xəzər rayonunda yerləşən 45 nömrəli şəhər poliklinikasında rentgen kabinetinin fəaliyyəti dayandırılıb. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
FHN-in əməkdaşları poliklinikada radiasiya təhlükəsizliyi ilə bağlı vəziyyətin qiymətləndirilməsi üçün bu tibb müəssisəsinə baxış keçiriblər.
Baxış zamanı poliklinikada mövcud vəziyyətin radiasiya təhlükəsizliyi tələblərinə cavab vermədiyi və “xüsusi icazə”nin alınmadığı nəzərə alınaraq, tibb müəssisəsinin balansında olan rentgenoqrafiya və portativ rentgen cihazının istismarının məhdudlaşdırılması barədə qərar qəbul olunub.