Oktyabrın 1-dən 8-dək Muzey Mərkəzinin Sərgi Qalereyasında “Yurduma sülh” adlı sərgi keçiriləcək. Bu haqda bu gün, 30 sentyabr tarixində Bakuplus.az məlumat verir.

Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə hazırlanıb.

Sərginin ekspozisiyasında yer alan Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahov, Asəf Cəfərov, Xalidə Səfərova, Kamal Əhməd, Cavad Mircavadov, Maral Rəhmanzadə, Asəf Cəfərov, Mikayıl Abdullayev, Lyubov Mircavadova, Mir Nadir Zeynalov, Böyükağa Mirzəzadə, Şamo Abbasov, Əşrəf Murad, Məmmədkərim Quliyev, Ucal Haqverdiyev, Müslüm Eldarov, Nadir Qasımov, Davud Kazımov, Tofiq Ağababayev, Nadir Qasımov, Kamil Nəcəfzadə, Qəyyur Yunus və s. kimi tanınmış fırça ustalarının əsərləri nümayiş olunacaq.

Sərginin iş saatları: 10:00-18:00. Giriş sərbəstdir.

Ünvan: Muzey Mərkəzi, Sərgi Qalereyası (4-cü mərtəbə), Neftçilər pr., 49.