Bakıda noyabrın 4-də saat 14:00-da “Passage 1901”-də Kəlağayı festivalı təşkil olunacaq. Bu haqda bu gün, 30 sentyabr tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.

Proqramda təkcə alış-veriş və əl işlərinin təqdimatı deyil, həm də məşhur qonaqlar, blogerlərin iştirakı, master-klasların nümayişi baş tutacaq. Tədbirdə canlı musiqi və rəqslər, ləziz yeməklər və içkilər olacaq.

Festivala giriş sərbəstdir. Ətraflı məlumat üçün: +99455 412 38 73

Ünvan: “Passage 1901”, Nigar Rəfibəyli, 12/14.

Bakıda Üçüncü Kəlağayı festivalı baş tutacaq
Foto Citylife Events İnstagram