Bakının Binəqədi rayonu, Xocəsən qəsəbəsində “Sağlam məhəllə”nin açılışı olub. Bu haqda bu gün, 30 sentyabr tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
“Sağlam məhəllə”də minifutbol, basketbol və voleybol meydançaları quraşdırılıb, həmçinin hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib.
Açılış mərasimində idman naziri Fərid Qayıbov, Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
