Bakı şəhəri sürətlə böyüdükcə tez-tez adsız küçə və məhəllələrə rast gəlmək olar. Sakinlər üçün bu problem gündən-günə aktual olur. Bu haqda bu gün, 30 sentyabr tarixində Bakuplus.az APA TV-yə istinadən məlumat verir.
Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yaşayan sakinlər öz ünvanlarını “Dəyirman yolu”, “Xırmanın yanı” və ya “DSK yolu” adlandırırlar. Onların sözlərinə görə, küçənin adı olmadığına görə təcili tibbi yardım, polis və yaxud taksi sürücüləri ünvanı tapa bilmirlər.
Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, paytaxtda yerləşən küçə və prospektlərin inventarlaşdırılması, onlara adların verilməsi, dəyişdirilməsi ilə bağlı komissiya artıq 5-6 aydır fəaliyyətə başlayıb və işlər mərhələli şəkildə həyata keçirilir.