Paytaxtın Nəsimi rayonunda ənənəvi iməcilik keçirilib. Bu haqda bu gün, 30 sentyabr tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətinə (RİH) istinadən məlumat verir.

İməcilikdə rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin səki kənarları, bordürlər, işıq dirəkləri, reklam lövhələri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyularaq təmizlənmiş, eyni zamanda parklarda sanitar təmizlik işləri aparılıb. Yaşıllıq zolaqlarına lazımi qulluq edilib.

Eyni zamanda ticarət obyektlərinin vitrinləri, abad həyətlərdə və parklarda ümumi sanitar-təmizlik işləri də aparılıb.

Nəsimi rayonunda iməclik: küçələr, ticarət obyektlərinin vitrinləri yuyulub
Foto Nəsimi Rayon İcra Hakimiyyəti