Sabahdan etibarən taksi sürücüləri üçün yeni tələblər qüvvəyə minir. Bu, “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Taksi sürücüləri xüsusi təlimdən keçməlidirlər. Xüsusi təlim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində həyata keçirilir.

Dövlət İmtahan Mərkəzinin apardığı qiymətləndirmə əsasında yeddi il müddətində qüvvədə olan sənəd veriləcək.