Sentyabrın 29-da “Laçın” dövlət sərhəd buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən 58 yaşlı Lyova Henrixi Mnatsakanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb. Bu haqda bu gün, 30 sentyabr tarixində Bakuplus.az DSX-nin mətbuat xidmətinə istinadən məlumat verir.

Mnatsakanyan 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışırmış.

Saxlanılan şəxs DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakıya gətirilərək aidiyyəti dövlət orqanlarına təhvil verilib.