Bakının Xətai rayonunda oktyabrın 2-də saat 09:30-dan qazın verilişi dayandırılacaq. Bu haqda bu gün, 30 sentyabr tarixində Bakuplus.az Bakı Regional Qaz İstismarı Departamentinə istinadən məlumat verir.
Fasilə “Əhmədli” Qaz Paylayıcı Stansiyada qaz tənzimləyicinin əvəz olunması və DN200 mm-lik siyirtmənin quraşdırılması ilə əlaqədardır.
Aparılan işlər zamanı Xətai rayonu, “Xəmsə” MTK, “TVM” MTK, “Xəzərə Mənzərə” MTK, “Şərq qərb” MTK, Sərhədçi akademiyası ərazisində 2500 istehlakçının qaz təchizatında məhdudiyyət yaranacaq.