Hər il 1 oktyabr tarixində Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı qeyd edilir. Bu qərar 17 iyul 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən qəbul olunub. Prokurorluq orqanları 1 oktyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə yaradılıb.

19 iyul 2013-cü ildə baş prokuror Zakir Qaralov tərəfindən Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırımı Muzeyinin yaradılması haqqında əmr imzalanıb. Əmrin icrası ilə işçi qrupu yaradılıb və onlar tərəfindən toplanmış tarixi sənədlər və istintaq materialları əsasında həmin muzey yaradılıb. 24 fevral 2014-cü ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırım muzeyinin açılışı olub.