Bakı Ağır Cinayətlər Məhkəməsində 81 nəfərin pulunu mənimsəməkdə ittiham olunan Tənzilə Kərimovanın prosesi başlayıb. Bu haqda bu gün, 2 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Kərimova “Yardımlaşma kampaniyası” adı altında vətəndaşları aldadaraq onların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilir. Hazırlıq iclasından sonra məhkəmənin növbəti iclası oktyabrın 11-nə təyin edilib.
İttihama görə, onun 81 nəfərdən ümumilikdə 2 milyon manat mənimsədiyi iddia edilir. Tənzilə Kərimova “Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə” maddəsi ilə təqsirləndirilir.