Bakının Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvani kuçəsi ünvanında yaşayan sakinlər şənbə günündən qazsız qalıblar. Bu haqda bu gün, 2 oktyabr tarixində Bakuplus.az xəbər verir.

Sentyabrın 30-da ərazidən keçən yük maşını qaz borusuna dəyərək onu qırıb. “Azəriqaz” QSC-dən verilən məlumata görə, qəzanın nəticələri bu gün aradan qaldırılacaq.

Sakinlər qaz sızmasının qarşısını almaq üçün borunun hər iki tərəfini skoçla bağlayıblar.

Buzovna qəsəbəsinin sakinləri qaz borusunu skoçla bağlayıblar
Foto Bakuplus.az