Bakının Nəsimi rayonunun müxtəlif ünvanlarında Rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif təmir işləri davam etdirilir. Bu haqda bu gün, 2 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Qış mövsümünə hazırlıqla əlaqədar rayon ərazisində magistral istilik xətlərində 3-cü mikrorayon ərazisində magistral istilik boru xətlərində əsaslı təmir işləri aparılıb.
Bununla yanaşı, rayon ərazisində olan parklarda, xiyabanlarda, istirahət məkanlarında kabellər çəkilərək mühafizə təhlükəsizlik kameralarının quraşdırılması işləri aparılır.
