Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3 mkr dairəsi, körpünün üstündə sıxlıq müşahidə olunur. Bu haqda bu gün, 2 oktyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən məlumat verir.

Sıxlığın səbəbi yolda nasaz avtomobilin qalmasıdır. Həmçinin bu səbəbdən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb.

Əraziyə polis əməkdaşları cəlb olunublar.