Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Aydın Məmmədovun məhkəmə prosesi başa çatıb. Bu haqda bu gün, 2 oktyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun hökmünə əsasən, Məmmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə cari ilin fevral ayında Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Pakizə Məmmədova yaşadığı evdə münaqişə zamanı kəsici alətlə öldürülüb. Cinayət əməlini törətməkdə şübhəli bilinən həyat yoldaşı, 56 yaşlı Aydın Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.