Sabunçu rayonunda yerləşən Bakı İstintaq Təcridxanasına narkotik keçirmək istəyiblər. Bu haqda bu gün, 2 oktyabr tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.

Novruz Babayev məhkum olan xalası oğlu Ceyhun Behbudovun yanına gəlib. Onun gətirdiyi sovqata baxış keçirilən zaman orada tərliyin içərisində gizlədilmiş və çəkisi 1,048 qram heroin, 0,674 qram marixuana və 0.929 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.