Selçuk Bayraktar Bakıya gəlib. Bu haqda bu gün, 2 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

“Baykar” şirkətinin texniki direktoru Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Bilim Bakı” mərkəzini ziyarət edib. Mərkəzin rəhbəri Ahmet Köse mərkəzin fəaliyyəti ilə bağlı məlumat verib. Həmçinin ASAN könüllüləri tərəfindən musiqili proqram nümayiş etdirilib.

28 may 2022-ci il tarixində mərkəzin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin “Nobel” mükafatçısı Əziz Sancarın iştirakı ilə baş tutub.

Mərkəzin məqsədi 6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirməkdir.