Abşeron rayonunun Xırdalan şəhərində bu gün, 2 oktyabr tarixində kişi arvadını güllələyib, sonra özünə qəsd edib. Bu haqda Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

61 yaşlı Xəlifə Sərkərov yaşadığı evdə odlu silahdan atəş açaraq arvadı, 56 yaşlı Gülnarə Sərkərovanı öldürərək həmin silahla intihar edib. İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.