Vaqif Xaçaturyan barəsində cinayət işi məhkəməyə göndərilib. Bu haqda bu gün, 2 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
V.Xaçaturyan Xocalı soyqırımında iştirak etməkdə, o cümlədən 27 nəfərin qəsdən öldürülməsində, 21 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsində, 2 nəfər kənd sakininin girov götürülməsində, 81 ailə təsərrüfatından ibarət 340 nəfərin daimi yaşayış yerlərindən didərgin salınmasında əli olmaqda təqsirləndirilir. Həmçinin sözügedən hadisə nəticəsində kənd sakinlərinə ümumilikdə 13.568.060 AZN, dövlətə isə 130.800 AZN məbləğində maddi ziyan vurulub.
Vaqif Xaçaturyan 29 iyul 2023-cü ildə səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın Sərhəd Buraxılış Məntəqəsində saxlanılaraq istintaqa təqdim olunmuşdu.