Yasamal rayonunun bir hissəsində su kəsilib. Bu haqda bu gün, 2 oktyabr tarixində Bakuplus.az Bakıvaxti.az-a istinadən xəbər verir.
Məhdudiyyət Əhməd Cəmil küçəsindən “Space” TV-yə qədər olan ərazidə qeydə alınıb. Sakinlərin sözlərinə görə, ötən gündən suyun verilişi dayandırılıb.
Su Ehtiyatları Agentliyindən məsələ ilə bağlı bildiriblər ki, suyun verilişi bərpa olunacaq.