Bakının Ziya Bünyadov prospektində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 2 oktyabr tarixində Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.

Avtomobil yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən piyadanı vurub. Nəticədə zərərçəkən aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Hadisənin baş verdiyi ərazidən 100 metr aralıda yerüstü keçidin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.