Bakı dairəvi yolunun Bakının Qaradağ rayonundan keçən hissəsində sürücülər gözlənilməz təhlükə ilə üzləşiblər. Bu haqda bu gün, 3 oktyabr tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən məlumat verir.

Belə ki, “Sədərək” ticarət mərkəzinin yaxınlığında bir qrup gənc təpədən magistral yola təkər yuvarladıblar. Yüksək sürətlə yola düşən təkər avtomobillərə ciddi təhlükə yaradıb.

Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, məsələ ilə bağlı xəbərdardırlar, hazırda araşdırma aparılır. Əməl hüquqi cəhətdən qiymətləndiriləcək və ictimaiyyətə əlavə məlumat veriləcək.