Bakının Nərimanov rayonu, Təbriz küçəsində təhlükəsizliyin səviyyəsini artırmaq məqsədilə yeni piyada keçidi təşkil olunub. Bu haqda bu gün, 3 oktyabr tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən məlumat verir.

Bakı Konqres Mərkəzinin yaxınlığında bir sıra işlər görülüb:

  • Ərazidə işıqfor quraşdırılmaqla hərəkət növbəliliyi təmin edilib;
  • Əlilliyi olan şəxslər üçün panduslar və çağırıcı qurğular quraşdırılıb;
  • Nizamlanan eynisəviyyəli piyada keçidləri təşkil edilib;
  • Müvafiq yol nişanlanması işləri həyata keçirilib;
  • Nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizlik səviyyəsi artırılıb.