Bakının Nəsimi rayonunda qaçırılan avtomobil Qaradağ rayonunda polis əməkdaşları tərəfindən tapılıb. Bu haqda bu gün, 3 oktyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Bir neçə gün əvvəl Balababa Məcidov, 66 ünvanından oğurlanan Bahadur Əfəndiyevə məxsus 90-NJ-386 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobil Lökbatan qəsəbəsində aşkarlanıb.