2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq, əks-hücum əməliyyatına başladı. Müharibənin nəticəsində Azərbaycan Ordusu Qarabağın 30 illik işğalına son qoydu.

3 oktyabr 2020-ci ildə Suqovuşanın azad edilməsindən sonra Madagizin adı dəyişdirilmişdir və kəndin tarixi adı – Suqovuşan bərpa edilmişdir. Suqovuşanın işğaldan azad olunması əməliyyatına 1-ci Ordu Korpusunun komandanı general-mayor Hikmət Həsənov rəhbərlik etmişdir.

1923-cü ildə Suqovuşan Ağdərə rayonunun inzibati ərazisinə kənd kimi daxil olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edilib və onun ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Həmin zaman Suqovuşan Tərtər rayonuna birləşdirilib.

Suqovuşanın 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasına baxmayaraq, kənd 1994-cü ildə yenidən erməni işğalına məruz qalıb.

Hazırda Suqovuşan kəndinin ərazisində su elektrik stansiyaları və su anbarı yerləşir.