Nəsimi rayonunda 2 avtomobil toqquşub. Bu haqda bu gün, 3 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Hadisə rayonun Abdulvahab Salamzadə küçəsində qeydə alınıb. “Mercedes” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman eyni istiqamətdə gedən “Prius” markalı maşınla toqquşub. Nəticədə ərazidə sıxlıq yaranıb.

Avtomobillər evakuasiya olunub. Faktla bağlı araşdırma aparılır.

Nəsimi: Abdulvahab Salamzadə küçəsində yol qəzası baş verib
Foto APA.az saytı