Bakının Nizami rayonundakı “Palermo” gecə klubunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 3 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş 23 yaşlı Cavanşir Əliyev klubda 28 yaşlı Zümrüd Əsgərovanı bıçaqlayıb.
Əliyev polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.