Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərində şəhid olmuş daha 5 hərbçinin adı Müdafiə Nazirliyinin açıqladığı yeni siyahıya əlavə edilib. Bu haqda bu gün, 3 oktyabr tarixində Bakuplus.az məlumat verir.

Son məlumata əsasən, şəhid olmuş hərbçilərdən 191 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları, 1 nəfər isə mülki şəxsdir. Ümumilikdə 19-20 sentyabr tarixlərində 204 azərbaycanlı şəhid olub.

Həmçinin antiterror tədbirlərində 511 hərbçi və 1 mülki şəxs yaralanıblar.

Yenilənmiş siyahını burada tapmaq mümkündür.