Paytaxtın Xəzər rayonunda yerləşən beşmərtəbəli binada mənzil yanıb. Bu haqda bu gün, 3 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Birinci mərtəbədə yerləşən 1 otaqlı mənzildə yataq dəsti yanıb. Hadisə yerinə gələn FHN əməkdaşları tərəfindən mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Baxış zamanı mənzildə bir nəfərin meyiti aşkar olunub. Cəsəd aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.