Azərbaycanda məktəblərdə payız tətilinin tarixləri məlum olub. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az məlumat verir.
məktəblərdə payız tətili 2022 5 gün davam edəcək və noyabrın 16-dan 20-nə kimi nəzərdə tutulub. Tədris prosesi ayın 21-dən davam edəcək.
Bundan əlavə, ölkədə noyabr ayında bayramlarla əlaqədar ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günləri olacaq. Noyabrın 4-ü, şənbə günü isə rəsmi iş günüdür. Beləliklə, şagirdlər ay ərzində əlavə olaraq 10 gün istirahət edəcəklər.
Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəqədər qruplarına da şamil edilir.