Bakıdan Qarabağa gedən avtobuslar üçün yaş məhdudiyyəti aradan qaldırılıb. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

27 oktyabr tarixindən etibarən 18 yaşına çatmayan şəxslər üçün də www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada bilet almaq mümkün olacaq.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.