Rus Evində Arif Məlikova həsr olunmuş konsert baş tutacaq. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
Bakıdakı Rus Evində Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Arif Məlikovun 90 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.
Tədbirdə iştirak edəcək sənətkarlar aşağıdakılardır:
- Əməkdar artist Aleksey Miltıx;
- Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova;
- Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solisti Renata Əbubəkirova;
- Sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın müəllimi Nərgiz Kəngərlinin;
- BMA-nın məktəb-studiyasının müəllimləri Ofeliya Axundova və Nuranə Zeynalova;
- Beynəlxalq müsabiqələr laureatı Emil Malıgin;
- Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi Rəna Mirağayeva;
- Konsertmeyster Sevinc Kərimova.
Adıçəkilən şəxslərin ifasında Arif Məlikovun musiqiləri səsləndiriləcək.
Bundan əlavə, tədbirdə Aytən İbrahimovanın bəstəkarın yaradıcılığına həsr olunmuş tədqiqatının təqdimatı təşkil olunacaq.