Xəzər rayonu, Buzovna qəsəbəsində hərbi sursat aşkarlanıb. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Daxil olan məlumat əsasında cəlb olunan FHN əməkdaşları əraziyə baxış keçiriblər. Nəticədə döyüş tətbiqinə yararlı bir ədəd “F-1” əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 58 ədəd 7.62×39 mm-lik və 25 ədəd 7.62×54 mm-lik mərmi aşkar edilib.

Sursat ərazidən uzaqlaşdırılıb və sahəyə yenidən baxış keçirilib.