Nəsimi rayonu, Cavadxan küçəsi, 34 və 36 ünvanlarında əsaslı təmir işləri aparılır. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Aparılan yenidənqurma işləri çərçivəsində ümumi yaşayış binalarının fasadı və dam örtüyünün əsaslı təmir-bərpa işlərinə başlanılıb. Həmçinin binalarda yağış suları axıdan boruların dəyişdirilməsi, giriş bloklarının qapı və pəncərələrinin yenilənməsi də nəzərdə tutulub.
Hazırda sözügedən ünvanla yanaşı, rayonun digər ərazilərində də abadlıq işləri aparılır.
