“Neftçi” klubunun idman direktoru ictimaiyyətə təqdim olunub. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Direktor Yens Anderssonun təqdimat mərasimi keçirilib. Əsas komandanın baş məşqçisi Adrian Mutunun da qatıldığı tədbirdə “ağ-qaralar”ın baş icraçı direktoru Fərrux Mahmudov çıxış edib.
Sonda Yens Andersson öz məmnunluğunu bildirib:
“Layihəmizin uğurlu alınacağına ümid edirəm. Amma bunun üçün vaxt tələb olunur. İlk növbədə Azərbaycan futbolunu tanımalıyam. Yeni adlar və simalar çoxdur. Həmçinin “Neftçi” akademiyası ilə məşğul olmalıyam”.
İsveçdən olan yeni idman direktoru ötən ay “Neftçi” ilə 2 illik müqavilə imzalayıb. O, daha öncə Xorvatiya, Danimarka və İsveç klublarında çalışıb.