Qafqazinfo-nun verdiyi məlumata əsasən, Cahid Məmmədli taksi fəaliyyəti ilə məşğul olurmuş. O, avtomobildə sərnişin kimi oturan xanıma qısa müddətlik yaxınlıqdakı evə girəcəyini deyib və geri dönməyib. Onun arxasınca gedən sərnişin sürücünü asılı vəziyyətdə tapıb.
Daha sonra xanım polis əməkdaşlarına xəbər verib.
10:27 – Qalada 34 yaşlı kişinin meyiti tapılıb
Xəzər rayonunun Qala qəsəbəsində kişi meyiti tapılıb. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
34 yaşlı Cahid Məhəmmədli adıçəkilən qəsəbədə yerləşən özünə məxsus evdə asılmış vəziyyətdə aşkar olunub. Onun intihar etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırmaya başlanılıb.