Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində şəhidin adı küçəyə verilib. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az Space TV-yə istinadən xəbər verir.
Şəhid Rövşən Hüseynovun adına küçənin açılışı baş tutub. Mərasimdə hərbi qulluqçular, şəhidin döyüş yoldaşları, onun yaxınları iştirak ediblər. Onlar R.Hüseynov barəsində danışıblar.
Rövşən ön xətdə düşmənlə üz-üzə Murov dağı istiqamətində xidmətdə olub. Müharibə zamanı o, Füzuli rayonu uğrunda gedən döyüşlərdə aldığı qəlpə yarasından şəhid olub. Prezidentin müvafiq sərəncamları ilə şəhid 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulini azad olunmasına görə” medalları ilə təltif olunub.