Bakının mərkəzində, Nizami bağının yaxınlığında, İstiqlaliyyət küçəsində parkinqlə bağlı qəribə vəziyyət yaşanır. Belə ki, yolun hər iki tərəfində təşkil edilən parklanma yerlərinin bir hissəsi Yerüstü Nəqliyyat Agentliyinin, digəri isə hələ də “parkinq mafiyası”nın nəzarətindədir. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Bakı Gündəliyi Facebook səhifəsinə istinadən məlumat verir.
Bildirilir ki, küçənin hər iki tərəfində parkinqə dair yol nişanı var, lövhələr quraşdırılıb. Amma parklanma üçün ödənişlər küçənin sağ tərəfində (“Nizami muzeyi”nə baxdıqda) qanuni, sol tərəfində isə qanunsuz şəkildə yığılır.
Əldə olunan məlumata görə, küçədə Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşlarının “parkovşiklər”lə mübahisəsi yaranıb, qanunsuz pul yığan şəxslər agentliyin əməkdaşlarına güc tətbiq edərək onları həmin yerdən uzaqlaşdırıblar. Bunu əks etdirən videolar sosial şəbəkərəldə yayılıb.
Video Bakı Gündəliyi Facebook səhifəsi





