“Baku Book Center”də oktyabrın 30-da “MədəniyyətimİZ” layihəsi çərçivəsində görüş baş tutacaq. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az “Bakubookcenter” İnstagram səhifəsinə istinadən xəbər verir.
Tədbirin qonağı Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, “İstiqlal”, “Şərəf” və “Şöhrət” ordenlərinin sahibi Xalq yazıçısı Anar Rzayevdir.
Görüş saat 15:30-da keçiriləcək. Giriş sərbəstdir.