Azərbaycan Dövlət Pedaqoji Universitetinin qarşısında yerləşən dükanda keyfiyyətsiz qidaların satıldığı deyilir. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Bizim.Media-ya istinadən məlumat verir.
Tələbələrin sözlərinə görə, Nəsibbəy Yusifbəyli küçəsində yerləşən marketdə kiflənmiş hot-doqlar satılır.
Məsələni araşdırmaq üçün Azərbaycan Qida Təhlükəsizlik Agentliyinə müvafiq sorğu göndərilib.
