Oktyabrın 26-da Bakı Konqres Mərkəzində “Critical Infrastructure Defense Challenge 2023” kiberfestivalının açılışı olub. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az məlumat verir.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə kibersahədə fəaliyyət göstərən yerli və xarici şirkətlər, dövlət və özəl sektorda fəaliyyət göstərən qurumlar, tələbələr və ekspertlər iştirak edirlər.

Tədbir çərçivəsində Azərbaycanda ilk dəfə olaraq dövlət qurumlarını, mühüm infrastruktur obyektlərini, bankları və telekommunikasiya müəssisələrini təmsil edən hər biri 3-5 nəfərdən ibarət 20 İT komandası 2 gün ərzində simulyasiya edilmiş kiberhücumlarla virtual müharibədə döyüşəcək.

Tədbirin son günü qalib komandaya 30.000 manat məbləğində mükafat veriləcək.

Kiberfestivalın təşkilatçıları informasiya təhlükəsizliyi üzrə 10 təqdimat, 5 panel müzakirəsi, həmçinin 6 müxtəlif istiqamət üzrə pulsuz təlim keçirməyi planlaşdırırlar. Tədbir bu gün başa çatacaq.

Bakı Konqres Mərkəzində kibertəhlükəsizlik üzrə tədbir keçirilib
Foto Dövlət Təhlükəsizliyi Xidmətinin saytı